Azərbaycan bolqarıstanlı qadını beynəlxalq axtarışa verdi

0
112

Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib.

Bildirilib ki, 33 yaşlı Niyazi Sevinc kompüter materiallarını dəfələrlə qanunsuz mənimsəmə və kibercinayətkarlıqda təqsirləndirilir.

Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən N.Sevinc təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.