Aygün Kazımova 51 yaşında – FOTO

0
2044

Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür. Müğənninin 51 yaşı tamam olur.

A.Kazımova 1971-ci ildə Bakıda anadan olub.

O, 1988-ci ildə “Bakı Payızı” yarışmasında birinci yeri qazanıb. Buna qədər isə o, “Ozan” və “Aypara” qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə “Asiya Dausı”, 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub.

Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilən “DAF BAMA Music Awards”ın mükafatçılarından olub. 

2017-ci ildə “Crystal hall”da yaradıcılığının 30 illiyinə həsr edilən solo konsert verib. Dünyanın məşhur musiqiçi, prodüser və rəqs qrupu ilə çalışan Kazımovanın sözügedən konserti günlərlə dillərdən düşməyib. 

Ötən il yayımladığı “SUS” adlı mahnısı və ona çəkilən klipi isə aylardır dillər əzbəri olub və onluqlarda birinci yeri tutub.

Qeyd edək ki, Xalq artisti ad gününə özəl olaraq yeni “Nirvana” adlı mahnısının klipini sevənləri ilə bölüşüb.