Avropada 4-cü doz tövsiyə edildi

0
294

Avropa Dərman Agentliyi (EMA) immuniteti zəif olan insanlarda gücləndirici peyvənd üçün COVID-19 peyvəndinin dördüncü dozasının istifadəsinə icazə verib.

Bunu EMA-nın Sağlamlığa Təhdidlər və Peyvənd Strategiyası Departamentinin rəhbəri Marko Kavaleri bildirib.

Bununla belə, 4 -cü doza bütün qrup insanlar üçün hələ tövsiyə edilmir.

“Hələlik koronavirus peyvəndinin dördüncü dozasına ehtiyacla bağlı heç bir klinik məlumat və təcrübə yoxdur. Lakin ciddi immun çatışmazlığı olan insanlar üçün, kifayət qədər məlumat olmasa da, dördüncü dozadan istifadə etməyi düşünmək rasional olardı”, – Kavaleri deyib.O, həmçinin əlavə edib ki, EMA qısa fasilələrlə gücləndirici dozaların təkrarlanmasına qarşıdır, çünki bu, bədəndəki anticismlərin miqdarını və peyvəndin effektivliyini azalda bilər.