Abşeronda iki gənc qız itkin düşüb: Biri doğum günü, digəri isə Yeni il gecəsi evdən çıxıb – VİDEO

0
222

Abşeron rayonunda itkin düşən iki qadın axtarılır.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, Əsədova Jalə Elşən qızı ötən il iyun ayının 21-i, doğum günü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

J.Əsədovanın əlamətləri belədir: boyu 165 sm, arıq bədən quruluşludur.

Polis tərəfindən axtarışa verilən digər şəxs isə Ağayeva Elvira Mərdan qızıdır. O, Yeni il gecəsi evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb. Onun boyu 165 sm, kök bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.

videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/49494/