
Azərbaycan 2022-ci ildə cüdoda ilk beynəlxalq medalını qazanıb.
Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirində -60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Balabəy Ağayev final görüşünə çıxıb.
O, finalda cənubi koreyalı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Bu çəkidə digər idmançımız Rövşən Əliyev isə 1/8 finalda monqolustanlı rəqibinə uduzaraq medalsız qalıb.
Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu – Adil Kərimli (-100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) isə mübarizəyə sabah qoşulacaq.
Videoya aşağıdakı linkdən baxa bilərsiniz