Türkiyədən lirə ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: dekabrın 10-dan etibarən…

0
77

Türkiyədə dekabrın 10-dan etibarən lirənin yenidən dəyər qazanacağı gözlənilir.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri zamanı 12 yeni müqavilənin imzalanacağı bəlli olub. Razılaşmalardan sonra yüksəlişdə olan dolların məzənnəsinə dekabrın 10-dan etibarən böyük zərbə vurulacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında məzənnə dalğasının tezliklə məqbul səviyyədə olacağını bəyan edib.

Hazırda Türkiyə lideri Qətərdə rəsmi səfərdədir.