Eşşəyə sillə vurdu, həbs edildi

0
273

İordaniyada eşşəyin üzünə sillə vuran şəxsə 1 həftə həbs cəzası verilib.

Eşşəyin üzünə vuraraq burnunu incidən adı açıqlanmayan şəxs məhkəməyə verilib. Dinləmədə şübhəli iki kisə arpa yediyi üçün qəzəbləndiyini və buna görə eşşəyi vurduğunu etiraf edib.

Şübhəli həm də eşşəyin belindəki tüklərin bir hissəsini kəsdiyini deyib.