Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında İsveçdə görüş olmayıb

0
152

ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində Stokholmda (İsveç) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutmayıb.

Bu barədə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Qeyd edək ki, Stokholmda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü olacağı gözlənilirdi.