Yaponiyada hökumət hər uşağa görə ailəyə min manatdan çox pul ödəyəcək

0
255

Yaponiya hökuməti pandemiya zamanı əhaliyə dəstək çərçivəsində ailələrə 18 yaşınadək hər uşağa görə 100 min yen (təxminən 1 496 manat) müavinət ayırmağa qərar verib.

Mənbə yazır ki, bu birdəfəlik müavinət ailənin gəlir səviyyəsindən asılı olmayaraq bütün uşaqlı ailələrə ödəniləcək.

Yaponiya hökuməti həmçinin ölkənin hər bir sakininə 30 min yen (450 manat) məbləğində bal verilməsi imkanını da nəzərdən keçirir.

Söhbət dövlət identifikasiya nömrələri sistemindən gedir ki, bu sistemlə müxtəlif məhsul və xidmətlərə görə ödəniş etmək mümkün olacaq.