Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib

0
200

Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.