Azərbaycan Premyer Liqası: “Neftçi” qalib gəldi

0
65

Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Turun ikinci oyununda “Neftçi” klubu “Səbail” komandasını qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Ağ-qaralar”ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.

“Neftçi”nin heyətində sarı vərəqə görən Mert Çelik cəzalı duruma düşüb. Dördüncü xəbərdarlığı alan müdafiəçi XIII turda “Sumqayıt”la ev matçını buraxmalı olacaq.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. “Dənizçilər” isə 9 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda “Sabah” evdə “Keşlə”ni məğlub edib – 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, “Sumqayıt” klubu “Zirə”ni, “Qəbələ” isə “Qarabağ”ı qəbul edəcək.