Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”

0
78

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VIII Zirvə Görüşünün ardından mətbuat konfransı keçirib.

Dövlət başçısı artıq Şuranın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olduğunu bəyan edib.

O, çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin əhəmiyyətini bir daha vurğulayıb.

“Həftənin əvvəlində Qarabağ torpaqlarının azadlığının birinci ildönümünü qeyd etdik. Azrbaycanlı qardaşlarımı bir daha təbrik edirəm. Əziz qardaşımın (Prezident İlham Əliyev – red.) liderliyi ilə can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı. İnşallah, Qafqazda sülhün və əməkdaşlığın hakim olacağı yeni bir dövrün qapıları açıldı. Bu dastana liderlik edən İlham qardaşıma Türk Dünyasının Ali Ordenini təqdim etdik. Təşkilata sədrliyi də məhz bu görüşdə Azərbaycandan təhvil aldıq”, – deyə Ərdoğan bildirib.