Yol polisi bloqerlərə müraciət etdi

0
114

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol qəzaları ilə bağlı bloqerlərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:

“Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır.