Qubadlı şəhərinin işğaldan azad edilməsinin bir ili tamam olur

0
112

Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən bir il ötür.

Müzəffər Azərbaycan Ordusu bir il öncə digər əraziləri də işğaldan təmizləyib.

Həmin gün işğaldan azad olunmuş ərazilərin siyahısını təqdim edirik:

Qubadlı rayonu üzrə: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri;

Zəngilan rayonu üzrə: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;

Cəbrayıl rayonu üzrə: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu.