Naxçıvanda əməkhaqları artıb

0
98

Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 544,2 manat olub.

Muxtar respublikanın statistika idarəsindən əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

Bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 377 yeni iş yeri yaradılıb.