Mətbuat Şurasında konfrans – Fotolar

0
59
Mətbuat Şurasında konfrans

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib.

Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan mediası ölkəmizlə bağlı istər regionda, istərsə də dünyada baş verən siyasi proseslərə hər zaman həssaslıqla yanaşıb. Bu baxımdan daxili siyasi proseslər, eləcə də ayrı-ayrı hadisələr də istisna deyil. Mediamız məsələlərə ortaq mövqe nümayiş etdirməyi bacarıb, cəmiyyətin mənafelərinin qorunmasını əsas götürüb. Bu isə jurnalistlərimizin həm peşəkarlığından, həm də vətənpərvərliyindən irəli gələn xüsusiyyətdir.

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan mediası Qarabağla bağlı hadisələri hər zaman olduğu kimi, indi də ciddi diqqət mərkəzində saxlayır. Bu xüsusda  İran-Ermənistan, İran-Azərbaycan münasibətlərinə məxsusi yanaşmalar var. MŞ sədri bu yanaşmaların peşəkarlıqdan irəli gəlməsinin vacibliyini əsaslandırıb. O, həmçinin daxili siyasi mühitdə tənqid hədəfi kimi seçilmiş şəxslərə münasibətdə də qırmızı xəttin qorunmasının cəmiyyətdəki ümumi ab-havanın saxlanılması nöqteyi-nəzərdən əhəmiyyətinə aydınlıq gətirib.  

Toplantıdakı ayrı-ayrı çıxışlarda hər bir məsələyə münasibətdə tənqidin yol verilən hədlərinin geniş olduğu bildirilib və jurnalist fəaliyyətinin bundan istifadə edərək qurulmasının daha adekvat təsir bağışladığı, effektiv nəticələr verə biləcəyi vurğulanıb.