Koronavirusla bağlı SON STATİSTİKA

0
252

Dünyada 244 429 045 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxan 4 963 767 xəstə ölüb, 221 468 889 nəfər isə sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (46 312 782 nəfər), Hindistan (34 189 774 nəfər), Braziliya (21 729 763 nəfər), Böyük Britaniya (8 773 674 nəfər) və Rusiyadır (8 241 643) nəfər.

Türkiyədə 7 851 805, İranda 5 860 844, Gürcüstanda 692 240, Ermənistanda isə 295 368 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (230 600 nəfər), İran (125 223 nəfər) və Türkiyədə (69 112 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 516 325 nəfərin 6 894-ü ölüb, 484 604 xəstə isə sağalıb.