Kəbə və Peyğəmbər məscidi tammiqyaslı ziyarət üçün açılır

0
73

Məkkədəki Kəbə və Mədinədəki Peyğəmbər məscidi artıq tam tutumuna uyğun olan sayda ziyarətçiləri qəbul edə biləcək. Müqəddəs ziyarətgahlara yalnız vaksinasiyasını tamamlayan şəxslər buraxılacaq.

Səudiyyə Ərəbistanında oktyabrın 17-dən etibarən COVID tədbirləri yumşaldılır.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, küçədə maska taxmaq məcburiyyəti, habelə iaşə obyektlərinin müştəri, dini ibadətgahların ziyarətçi məhdudiyyətləri aradan qaldırılır.

Qeyd edək ki, qapalı məkanlar üçün maska rejimi hələ bir müddət də saxlanılacaq.