Həftə sonunun ən maraqlı qarşılaşmaları – AFİŞA

0
359

Həftə sonu futbol azarkeşlərini bir-birindən maraqlı futbol qarşılaşmaları gözləyir.

İngiltərə Premyer Liqası bu gün lider və autsayderin qarşılaşması ilə davam edəcək. Səkkiz turdan sonra 19 xal toplayan və ilk pillədə qərarlaşan “Çelsi” iki xalla sonuncu yerdə olan “Norviç”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Turun mərkəzi oyunu sabah baş tutacaq. Bakı vaxtı ilə 19:30-da başlayacaq qarşılaşma “Mançester Yunayted” və “Liverpul” kollektivləri arasında olacaq. Səkkiz turdan sonra “Liverpul” 18 xalla ikinci, “qırmızı şeytanlar” isə 14 xalla altıncı yerdə qərarlaşıb. 

Fransa çempionatında da mərkəzi matç sabah keçiriləcək. 27 xalla vahid lider olan PSJ doğma meydanda 3-cü yerdə qərarlaşan və 17 xala malik “Marsel”i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq. 

İtaliya A seriyasında oktyabrın 24-də 24 xalla çempionata liderlik edən “Napoli” dördüncü yerdə qərarlaşan “Roma”nı (15 xal) sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq. Digər maraqlı qarşılaşma isə “İnter” və “Yuventus” kollektivləri arasında olacaq. Səkkiz turdan sonra “İnter” 17 xalla 3-cü, “Yuventus” isə 14 xalla 7-cidir. 

Oktyabrın 24-də İspaniya La Liqasında əbədi rəqiblər olan “Barselona” və “Real Madrid” klubları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 18:15-də başlayacaq. Keçirdikləri səkkiz oyundan sonra “Real Madrid” 17 xalla üçüncü, “Barselona” isə 15 xalla yeddincidir. 

Sabah Türkiyə Super Liqasında da mərkəzi qarşılaşma olacaq. Bakı vaxtı ilə 21:00-da başlayacaq matç “Beşiktaş” və “Qalatasaray” kollektivləri arasında olacaq. Çempionat keçirdikləri doqquz qarşılaşmadan sonra hər iki klub 17 xala malikdir. Top fərqinə görə “Beşiktaş” 4-cü, “Qalatasaray” isə 6-cı yerdə qərarlaşıb.