Göyöskürək: Kəskin infeksion xəstəlik – FOTO

0
67

Göyöskürək (pertussis) Bordetella pertussis bakteriyasının törətdiyi kəskin infeksion xəstəlikdir. Xəstəlik pasiyentlə birbaşa təmas zamanı hava-damcı yolu ilə yayılır.

Xəstəliyə bütün yaş qruplarında rast gəlinir. Göyöskürək diaqnozu qoyulmayan və ya müalicə olunmayan yeniyetmələr və yetkinlər B. pertussisin əhali arasında əsas daşıyıcısıdır və onun yayılma riskini xüsusilə bir yaşdan kiçik uşaqlarda olmaqla artırır1. Ən əsas infeksiya mənbəyi ailə üzvləridir: bacı-qardaşlar, valideynlər, nənə və babalar2.

Göyöskürək yeniyetmələrdə və yetkinlərdə 13-17 % hallarda, uşaqlarda isə 5-37 % hallarda uzun müddətli öskürəyin səbəbi olur3-5.

Xəstəlik xüsusilə körpələr üçün təhlükəlidir, çünki göyöskürək nəticəsində baş verən ölümlərin 90 %-i bir yaşdan aşağı körpələrdə rast gəlinir. Buna baxmayaraq göyöskürək aşağıdakılara səbəb ola bilər6:

• Pnevmoniya (ağciyərlərin iltihabı);

• Kəllədaxili qanaxma, hipoksiya;

• Kəskin ensefalopatiya;

• Beyin zədələnməsi və ölüm.

Yeniyetmələrdə və yetkinlərdə göyöskürəyin klinik təzahürləri mülayim ola bilir və hətta bu səbəbdən tez-tez diaqnoz qoyulmur7. Buna baxmayaraq göyöskürək bəzi ağırlaşmalara səbəb ola bilər. Məsələn:

• Pnevmoniya;

• Qabırğa sınıqları;

• Düz bağırsağın prolapsı;

• İştahsızlıq;

• Dehidrasiya;

• Qıcolmalar.

Xəstəliyin simptomları və gedişi 8

Göyöskürəyin inkubasiya müddəti 2-14 gündür. Xəstəlik 3 mərhələdə inkişaf edir və ümumiyyətlə 6-8 həftə davam edir.

1. İlkin kataral faza soyuqdəymə simptomları, yüngül öskürək ilə xarakterizə olunur. Xəstəlik bu zaman xüsusilə yoluxucudur.

2. Paroksizmal faza paroksizmal öskürək, öskürəkdən sonra qusma ilə xarakterizə olunur.

3. Rekonvalensiya fazası 10 həftəyə qədər davam edə bilər və bu dövr çox vaxt “100 günlük öskürək” adlandırılır.
 
Olmaqla bütün dünyada göyöskürək halları artmaqdadır.

Vaksinasiya xəstəliyin qarşısını almağın ən yaxşı yollarından biridir, Ümumdünya Səhiyyə Təşkilatı vaksinasiyanı xəstəlikdən qorunmanın ən təsirli yollarından biri hesab edir.

Bəzi Avropa ölkələrində və ABŞ-da yeniyetmələrə və yetkinlərə göyöskürək peyvəndi vurulur. Vaksinasiya zamanı yüksək effektivlik və təhlükəsizlik profili ilə xarakterizə olunan hüceyrəsiz göyöskürək komponentli kombinəolunmuş peyvəndlərdən istifadə olunur.

Xəstəliyin profilaktikası və vaxtlı-vaxtında aparılan vaksinasiya göyöskürəyin ağır fəsadlarının qarşısını alacaqdır.