Bu gün Hadrutun və səkkiz kəndin işğaldan azad olunmasının ildönümüdür

0
64

9 oktyabr Cəbrayılın 4, Tərtərin 1, Füzulinin 2 və Xocavəndin 1 kəndinin, eləcə də Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Ölkə başçısı, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev bu münasibətlə ötən il “Twitter” hesabı vasitəsilə 9 yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirən məlumat paylaşıb.

Belə ki, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı kəndləri işğaldan azad edilib. Həmçinin rəşadətli ordumuz uğurla irəliləyərək ilk dəfə Xocavənd rayonundan iki yaşayış məntəqəsini işğaldan azad edə bilib. Belə ki, ermənilər üçün əhəmiyyətli olan Hadrut qəsəbəsi və Sor kəndi işğalçılardan təmizlənib.