Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurub

0
71

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub.

Turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (-78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub.

Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (-60 kq) gümüş, Elcan Hacıyev (-81 kq) bürünc medal qazanıb.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib.