ABŞ-Meksika sərhədində 2 mindən artıq miqrant toplaşıb

0
87

Honduras, Salvador və Haitidən olan iki mindən çox miqrant Meksikanın Tapaçula şəhərini tərk edərək ABŞ-la sərhədə doğru istiqamət alıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Polis miqrant karvanını saxlamağa çalışsa da, onlar müqavimət göstərərək sərhədə doğru hərəkət ediblər.

Meksikada qaçqın statusu və sığınacaq sənədləri verilmədiyi üçün miqrantlar ABŞ-la sərhədə toplaşıblar.

Avqustun əvvəlində ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Malyorkas xeyli sayda miqrantın ABŞ-ın Meksika ilə sərhədini keçməyə çalışdığını bildirib. Onun sözlərinə görə, bu göstəricinin artmasına səbəb miqrantların öz ölkələrində vəziyyətin pisləşməsi, o cümlədən yoxsulluq, zorakılığın və korrupsiyanın artması olub.

Son 12 ay ərzində ABŞ-Meksika sərhədində rekord sayda, 160 ölkədən 1,7 milyondan çox insan saxlanılıb.