44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr

0
91

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edirik.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

– Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, PUA-sı zərərsizləşdirilib.

– Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.

– Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmənin döyüş təyyarəsi məhv edilib.

– Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.

– Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.

– Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb. Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu, döyüş texnikalarını məhv edib.