Səfir Bakıda Bond səhnələrinin çəkildiyi əraziyə getdi – Foto

0
250
Səfir Bakıda Bond səhnələrinin çəkildiyi əraziyə getdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter hesabında maraqlı paylaşım edib.

O, Bakı yaxınlığında çəkilmiş şəklini Bond filminə bənzədib.

“1999-cu ildə çəkilmiş Bond filminin “Dünya Kifayət Deyil” seriyasının Bakı yaxınlığında çəkilmiş yerlərində olmaq maraqlı oldu. Siz necə, olmusunuz orada?”, – səfir sual verib.

Səfirin paylaşdığı şəkildəki “Ceyms Bond – Ceyms Şarp” bənzətməsi maraq doğurub.