Peyvənd vurduranların sayı açıqlandı

0
94
Peyvənd vurduranların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 67 400 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 357, ikinci mərhələ üzrə 51 043 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 417 975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 730 132, ikinci mərhələ üzrə isə 3 687 843 nəfər təşkil edir.