Peyvənd vurduran hamilə qadınların bətnindəki körpələrin vəziyyəti açıqlandı

0
87

Nyu-York Universitetindən alimlər COVID-19 əleyhinə peyvənd edilən hamilə qadınların hələ ana bətnində ikən körpələrinə virusla mübarizə aparan anticisimləri ötürdüklərini təsbit ediblər.

“Pfizer” və ya “Moderna” peyvəndləri vurduran analardan dünyaya gələn 36 körpədən qan nümunələri götürülüb. Onların hamısında koronavirusa qarşı anticisim olduğu təsbit edilib.

Araşdırma zamanı hamiləliyin ikinci yarısında qadınların göbəkbağındakı qanda anticisimlərin ən yüksək səviyyəsi müşahidə edilib.

Mütəxəssislər oxşar halların digər inyeksiyalarla da tez-tez baş verdiyindən araşdırmanın nəticələrinə təəccüblənmədiklərini bildiriblər.

Alimlər bu halın vaksinlərin iki həyatı eyni zamanda qorumaq qabiliyyətinə malik olduğunu, həm ana, həm də uşaqda ciddi xəstəliklərin qarşısını aldığını sübut etdiyini vurğulayıblar.