Hansı halda subsidiya fermerdən geri alınır?

0
90

Fermerlər onlara verilən subsidiyalardan iki il müddətindən gec olmayaraq yararlana bilər.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, bu müddət başa çatdıqdan sonra fermerə ayrılan məbləğ nazirliyə geri qaytarılacaq:

“Bundan başqa, fermerlə onlara verilən məbləğin 25 faizini nağdlaşdıra bilər. Məbləğin qalan 75 faizi Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemində qeydiyyata alınmış təşkilatlarda xərclənə bilər”.

Qeyd edək ki, Azərbaycanda 550-dən çox fermer subsidiya alır.