Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırıldı

0
102

Hacı Zeynalabdin Tağıyevin heykəli artıq tam hazır vəziyyətdədir.

Bu barədə  heykəltaraş Xanlar Əhmədov məlumat verib.

O bildirib ki, heykəl quraşdırılacağı məkana aparılıb:

“H.Z.Tağıyevin heykəli tam hazır olsa da, hələ quraşdırılmayıb. Sadəcə olaraq əvvəlcədən təyin edilən yerə – “İçərişəhər” metrostansiyasının qarşısına aparılıb. Heykəlin açılışının tam olaraq nə zaman baş tutacağı dəqiq deyil, lakin yaxın günlərdə gözlənilir. Artıq ərazidə yekun abadlıq işləri aparılır”.