FHN: Ötən sutka ərzində 12 nəfəs xilas edilib

0
93

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 62 yanğına çıxış və yeddi köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla 12 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə batma təhlükəsi olan bir nəfər xilas olunub.

Həmçinin, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun ağacda asılı vəziyyətdə aşkarlanmış meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.