Bu il “Nobel” mükafatları fərqli şəkildə təqdim olunacaq

0
135

Pandemiya səbəbindən “Nobel” mükafatlarının verilməsi qaydası dəyişdirilib. Bu barədə Nobel Vəqfinin icraçı direktoru Vidar Helgesen bildirib.

Bildirilir ki, bu il mükafatlar laureatların vətənlərində təqdim olunacaq.

Bununla belə, Stokholmda yerli ictimaiyyət üçün bir mərasim keçiriləcək.

Mükafatlar 4-11 oktyabr tarixlərində açıqlanacaq. Mükafatların təqdimat mərasiminin özü dekabrın 10-na təyin edilib.