Bakıda səkinin üstündəki “lyuk” təhlükəyə çevrilib – FOTO

0
70

Bakıda yol kənarında kanalizasiya  “lyuk”unun üzərindəki boşluq səkinin üzərində hərəkət edənlər üçün problemə çevrilib.

Söhbət paytaxtın Səbail rayonu, Puşkin küçəsində piyadaların hərəkətinə maneə törədən problemdən gedir.

Belə ki, kanalizasiya “lyuk”unun qapağının səkiyə döşənmiş daş örtüyünün səviyyəsindən xeyli aşağı olması, xüsusən, axşam saatlarında piyadalar üçün təhlükə mənbəyinə çevrilib.

Səkinin üzərində kanalizasiya  “lyuk”unun yerləşdiyi hissədə yaranmış boşluğa görə, sakinlər buradan keçən zaman yıxılma və xəsarət alma təhlükəsi ilə üzləşirlər.

Qeyd edək ki, paytaxtın küçə və prospektlərində dəfələrlə buna oxşar problemlərə rast gəlinib. Analoji problemlər daha çox  “lyuk”, səki və piyada keçidləri ilə bağlı olub.