Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

0
192

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

Dövlət Komitəsinin sədri Fuad Muradov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunaraq Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinə birləşdirilib. 

Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov isə elmi işi ilə əlaqədar vəzifəsindən azad olunub. 

Onun yerinə bu günə qədər Komitənin mətbuat katibi vəzifəsini icra edən Vəsilə Vahidqızı təyin edilib.