Azərbaycanda mühəndis əməliyyat zamanı öldü

0
156

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq əməkdaşı vəfat edib.

Bu barədə Kollecdən məlumat verilib.

Bildirilib ki, 72 yaşlı Əlixan Quliyev cərrahiyyə əməliyyatı zamanı vəfat edib. 

O, uzun illər Kollecin İnzibati Təsərrüfat İşləri üzrə direktor müavini vəzifəsində çalışıb. Daha sonra isə Kollecin mühəndisi kimi fəaliyyət göstərib. Pandemiyadan əvvəl təqaüdə çıxıb.