Vətəndaşların NƏZƏRİNƏ: Doqquz rayonun tibbi xidmət sahəsində yenilik

0
121

Azərbaycanda bir neçə rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir.

Doqquz rayonun mərkəzi xəstəxanası həmin rayonlarda yerləşən diaqnostika mərkəzlərinin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

Belə ki, qeyd olunan tibb müəssisələri aşağıdakılardır:

– “Füzuli Rayon Mərkəzi Xəstəxanası” “Füzuli Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Lənkəran Mərkəzi Rayon Xəstəxanası” “Lənkəran Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Qazax Rayon Mərkəzi Xəstəxanası” “Qazax Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” “Qəbələ Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Quba Rayon Mərkəzi Xəstəxanası” “Quba Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” “Şamaxı Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Şirvan Rayon Mərkəzi Xəstəxanası” “Şirvan Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” “Zaqatala Müalicə Diaqnostika Mərkəzi”nin,

– “Tovuz Rayon Mərkəzi Xəstəxanası” “Tovuz Müalicə Diaqnostika Mərkəzi”nin ona qoşulması ilə yenidən təşkil olunur.