Türkiyədə 160 meşə yanğını nəzarət altına alındı

0
143
Türkiyədə 160 meşə yanğını nəzarət altına alındı

Türkiyədə iyulun 28-dən avqustun 4-nə qədər 39 əyalətdə 174 meşə yanğını baş verib.

Bu haqda məlumatı ölkənin Meşələr üzrə Baş İdarəsi yayıb. 

Məlumata əsasən, bu yanğınların 160-nı nəzarət altına almaq mümkün olub. Bununla yanaşı, 6 əyalətdə 14 yanğını nəzarət altına almaq istiqamətində işlər davam edir. 

Həmçinin qeyd olunur ki, idarənin nümayəndələri 98 kənd sahəsində baş verən yanğınlara müdaxilə edib. 

Qeyd edək ki, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, hazırda yanğınların söndürülməsində 16 təyyarə, 9 dron, 51 helikopter, 1 insansız helikopter, 805 su çiləyən maşın, tanker, 150 iş texnikası və 5 200 canlı qüvvə iştirak edir.