Tokio Olimpiadasında koronavirusa yoluxmada növbəti rekord

0
135

Tokio Olimpiadasında koronavirusa yoluxmada növbəti sutkalıq maksimum qeydə alınıb. Belə ki, son bir gündə 31 nəfərdə COVID-19 aşkarlanıb.

Bu barədə Olimpiya Oyunları Təşkilat Komitəsinin gündəlik hesabatında deyilir.

Bildirilir ki, bu, turnirin əvvəlindən bəri maksimum göstəricidir.

Yoluxanlar arasında Yunanıstandan sinxron üzgüçülüklə məşğul olan daha bir idmançının da olduğu bildirilir. Beləliklə, bu qrupdakı yoluxanların sayı altıya çatdı.

“Tokio 2020” Təşkilat Komitəsi Yunanıstanın sinxron üzgüçülərinin yarışdan kənarlaşdırılması qərarına gəlib.