Tokio-2020: Azərbaycan boksçusu mükafatlandırılıb – FOTOLENT

0
383
Tokio-2020: Azərbaycan boksçusu mükafatlandırılıb - <span class="red_color">FOTOLENT

Azərbaycan millisinin boksçusu Alfonso Dominqesin mübarizə apardığı çəki dərəcəsində çempionun adı bəlli olub.

81 kq çəki dərəcəsində qalib adına kubalı Arlen Lopes yiyələnib.

Yarımfinalda Dominqesə qalib gələn boksçu finalda böyük britaniyalı Benjamin Uittakeri 4:1 hesabı ilə məğlub edib. O, bununla da ardıcıl ikinci dəfə Olimpiya çempionu tituluna yiyələnib.

Bürünc medallara isə Alfonso ilə yanaşı, rusiyalı İmam Xatayev (Rusiya Olimpiya Komitəsi) sahib olub.

81 çəkidə final döyüşünün ardınca mükafatlandırma mərasimi keçirilib. Azərbaycan boksçusu Alfonso Dominqes də qazandığı bürünc medala yiyələnib.