Qazaxıstan müdafiə naziri istefa verdi

0
135

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sursat anbarında baş verən fövqəladə hadisədən sonra ölkənin müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali “Instagram” hesabında bildirib.

Avqustun 26-da Qazaxıstanın Jambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın, sonra isə on partlayış baş verib. 49-u yerli fövqəladə hallar xidmətinin əməkdaşları olmaqla 100-ə yaxın zərərçəkən xəstəxanalara yerləşdirilib. 15 nəfər həlak olub, itkin düşmüş bir nəfərin axtarışları davam edir.