Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə vaxtı AÇIQLANDI

0
72

Avqust ayı üzrə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların tam ödənilmə vaxtı məlum olub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Avqustun 9-da güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna olmaqla, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.