BƏƏ-də üç yaşdan yuxarı uşaqlara Çin peyvəndi vurulmasına icazə verilib

0
111

Birləşmiş Ərəb Əmirliklərində 3-17 yaş arası uşaq və yeniyetmələrə koronavirusa qarşı peyvənd vurulmasına icazə verilib.

Bu barədə “Emirates News Agency” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, söhbət Çinin “Sinopharm” şirkətinin istehsalı olan COVID vaksinindən gedir.

Hökumətin klinik sınaqlar və mütəxəssis rəyləri əsasında qərar qəbul etdiyi bildirlib.

Qeyd edək ki, BƏƏ vaksinasiya sahəsində dünya liderlərindən biridir. Avqustun 1-dək ölkə əhalisinin 70%-nin vaksinasiyası başa çatdırılıb.