Azərbaycanda pul bazasının həcmi əhəmiyyətli dərəcədə artıb

0
49

2021-ci il avqust ayının əvvəlinə olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 14 213 400 000 manat təşkil edib.

Pul bazasının həcmi aylıq müqayisədə 3 faizə qədər, 2020-ci ilin eyni dövrü ilə (illik) müqayisədə isə 21,7 faiz artıb.

İlin əvvəlinə Azərbaycanda manatla pul bazasının həcmi 13 564 200 000 manat olub. Bu dövrə nəzərən pul bazasının həcmi 4,8 faiz çoxdur.

Qeyd edək ki, ötən ayın əvvəlinə olan göstəriciyə əsasən Azərbaycanda pul bazasının həcmi 13 803 000 000 manat, 2020-ci il avqust ayının əvvəlinə isə 11 676 900 000 manat təşkil edib.