Bakı Dövlət Universitetinin rektorunun müşavirini bıçaqladılar – YENİLƏNİB + FOTO

0
232

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

13:58

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə BDU-da baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.