Azərbaycanda ata yeniyetmə oğlunu ağacla döyüb xəstəxanalıq etdi

0
34

Tovuz rayonunda kişi öz oğluna xəsarət yetirib.

Rayonun Cəlilli kənd sakini 1988-cu il təvəllüdlü Şahin Mustafayev ağac parçası ilə oğluna xəsarət yetirib. 

Yeniyetmə döyüldüyü və sol dirsək sümüyü sındığı üçün xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.