Türkiyənin aparıcı şirkəti ilə memorandum imzalanıb: Yeni iş yerləri açılacaq – FOTO

0
82

Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holding”lə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək:

“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”.