Qadın tennisçilərimizdən tarixi qələbə – Fotolar

0
57
Qadın tennisçilərimizdən tarixi qələbə

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Billie Jean King Cup” adlı Dünya Kubokunda iştirak edən qadınlardan ibarət tennis üzrə millimiz ilk qələbəsini qazanıb.

Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadənin “Qafqazinfo”ya verdiyi məlumata görə, yığma komandamız Umayra Həşimova, Alina Hüseynova, Züleyxa Səfərova və Alina Qavrişlə təmsil olunub.

III qrupun F səbətində yer alan millimiz əvvəlcə Monteneqro və CAR millilərinə uduzsa da, dünən Namibiya yığmasına 3:0 qalib gəlib. Bu, qadın millimizin ilk qələbəsi sayılır. Bununla da komandamız öz səbətində üçüncü olaraq pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, hazırda millimiz Albaniya yığması ilə qarşılaşır.