Pakistanda qatarlar toqquşdu: 36 ölü, 50 yaralı – FOTO/VİDEO (YENİLƏNDİ)

0
14
Pakistanda qatarlar toqquşdu: 36 ölü, 50 yaralı - FOTO/VİDEO

Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.

Bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.

Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.

08:00

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşub.

Bu barədə “TV9 Hindi” telekanalı yerli polis və xilasetmə briqadalarına istinadla məlumat yayıb.

Qeyd edilir ki, qəza nəticəsində ən azı 33 nəfər ölüb, daha 50 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə Sind vilayətinin Qotki şəhərinin ərazisində baş verib. Qatarlardan biri relsdən çıxdı, bundan sonra ikinci sərnişin qatarının üstünə çırpılıb.

Hazırda hadisənin səbəbləri barədə məlumat verilməyir.