Ömər aşırımında tunellər və yolların inşasına start verildi – VİDEO

0
62

“Ömər aşırımında tunellər və yolların inşasına start verilib”.

Bu barədə “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib:

“İşğaldan azad edilən ərazilərdə böyük işlər davam edir. Əsas da Kəlbəcərdə Ömər aşırımı deyilən hissə var ki, orada tunellərin və yolun Kəlbəcər-İstisu istiqamətində inşası planlaşdırılır.

Sözügedən yol dörd hərəkət zolaqlı olacaq. Artıq Türkiyə və yerli şirkətlər prosesə cəlb olunmaqla, genişmiqyaslı işlərə başlanılıb. Yəqin ki, yaxın bir neçə il ərzində o yoldan rahat istifadə edə biləcəyik”, – deyə o bildirib.