Mikayıl Cabbarov təhsil naziri ilə görüşdü: “Fikir mübadiləsi apardıq” – FOTO

0
18

İqtisadiyyat naziri Mikayıl Cabbarov Təhsil naziri Emin Əmrullayevlə görüşüb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Nazir bildirib ki, innovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır:

“Təhsil naziri Emin Əmrullayevlə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq. Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, liseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır”.