İbadət yerlərinə yalnız COVID pasportu olanlar buraxılacaq – RƏSMİ

0
336

Qafqaz Müsəlmanları İdarəsi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarını açıqlayıb.

Qaydalarda bildirilib ki, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir.

Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir.